...

Gömrükdə külli miqdarda güclü təsir edən dərman və psixotrop maddə aşkarlanıb (FOTO)

Hadisə Materials 26 Avqust 2017 17:40 (UTC +04:00)
Külli miqdarda güclü təsir edən dərman preparatları və psixotrop maddə aşkar edilib.
Gömrükdə külli miqdarda güclü təsir edən dərman və psixotrop maddə aşkarlanıb (FOTO)

Bakı. Trend:

Külli miqdarda güclü təsir edən dərman preparatları və psixotrop maddə aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan ərazisindən tranzit keçməklə Türkiyədən gələn Azərbaycan vətəndaşı Səfərəli Həcər Sabir qızına məxsus içərisində havalandırma aparatı olan iki ədəd karton qutuya “Smitsh HS 100100 T-is” markalı rentgen qurğusuyla baxış keçirilib.

Baxış zamanı, monitorda havalandırma aparatlarının içərisində naməlum predmetlərin təsviri görünüb. Bu səbəbdən havalandırma aparatlarının arxa hissəsindəki vintlər açılaraq təkrar baxış keçirilib.

Təkrar baxış nəticəsində, havalandırma aparatlarının içərisində 9800 kapsul “Lyrica (preqabalin) 150 mq” və 10542 kapsul “Lyrica (preqabalin) 300 mq” adlı dərman preparatları, bir ədəd sellofan torbada isə ümumi xalis çəkisi 194,475 qram psoxotrop maddə metamfetamin aşkar edilib.

Xatırladaq ki, “Lyrica (preqabalin)” adlı dərman preparatları Azərbaycanın müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir. Aşkar edilən həmin dərman preparatlarının təsiredici maddəsinin ümumi miqdarı 4 kq 632,6 qramdır.

Aşkar edilən psixotrop maddə metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti