...

Bankomatdan oğurluq edən dəstə üzvləri tutulub

Hadisə Materials 11 Sentyabr 2017 14:28 (UTC +04:00)
Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri tutulublar.
Bankomatdan oğurluq edən dəstə üzvləri tutulub

Bakı. Trend:

Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri tutulublar.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 10-da Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində quraşdırılmış bankomatın qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəhər sakinləri Elnur Tağıyev, İlqar Səfərov və onun qardaşı Tural Baş Cinayət Axtarışı İdarəsi və ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti