Bakı. Samir Əli - Trend:
Bakıda sərxoş şəxs avtomobilinin qaçırılması barədə polisə yalan məlumat verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 17-də Bakı şəhər sakini Asif Abdullayev DİN-in “102” Zəng Mərkəzinə Bakıxanov qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat verib.
Sabunçu RPİ 13-cü PB əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlumat təsdiqini tapmayıb. İzahatında A.Abdullayev sərxoş olduğu üçün avtomobili saxladığı yeri unutduğunu və buna görə qaçırıldığını düşündüyünü bildirib.