...

Taylandda PARTLAYIŞ - 4 ölü, 6 yaralı

Hadisə Materials 22 Sentyabr 2017 09:29 (UTC +04:00)
Taylandın cənubunda Pattani vilayətində partlayış baş verib.
Taylandda PARTLAYIŞ - 4 ölü, 6 yaralı

Bakı. Trend:

Taylandın cənubunda Pattani vilayətində partlayış baş verib. Trend-in məlumatına görə, partlayış nəticəsində 4 hərbçi ölüb, daha 6 nəfər isə yaralanıb.

Regional Hərbi Komandanlığın nümayəndəsinin verdiyi məlumata görə, güclü əldədüzəltmə partlayıcı qurğu yolda yerləşdirilib. Həmin yolda patrul maşını keçərkən qurğu işə düşməsi nəticəsində partlayış baş verib.

Məlumata görə, partlayışın arxasında regionda fəaliyyət göstərən islam separatçılarının durduğu bildirilir.

Qeyd edək ki, Taylandın cənubunda artıq 11 ildir ki, müsəlmanlarla toqquşmalar baş verir ki, bu toqquşma qurbanlarının sayı təxminən 6,5 min hesablanır.

Xəbər lenti

Xəbər lenti