...

Biləsuvarda 56 yaşlı qadın özünü çardaqda asdı

Hadisə Materials 27 Sentyabr 2017 09:22 (UTC +04:00)
Biləsuvar rayonunda qadın özünü öldürüb.
Biləsuvarda 56 yaşlı qadın özünü çardaqda asdı

Bakı. Samir Əli - Trend:

Biləsuvar rayonunda qadın özünü öldürüb.

Trend-in məlumatına görə, hadisə rayonun Ç.İldırım küçəsində baş verib.

Həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Əzizova Səfurə Əhmədxan qızı özünü yaşadığı evin həyətindəki çardaqdan iplə asaraq öldürüb. Ailə üzvləri hadisədən gec xəbər tutduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti