...

Miqrantların qayığı gəmi ilə toqquşdu - Aralıq dənizi 8 nəfəri "uddu"

Hadisə Materials 9 Oktyabr 2017 13:49 (UTC +04:00)
Aralıq dənizində Tunisə məxsus gəmi ilə miqrantları daşıyan qayıq toqquşub
Miqrantların qayığı gəmi ilə toqquşdu - Aralıq dənizi 8 nəfəri "uddu"

Bakı. Orxan Nəbiyev - Trend:

Aralıq dənizində Tunisə məxsus gəmi ilə miqrantları daşıyan qayıq toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı səkkiz miqrant həlak olub.

Qeyd olunur ki, ölənləri sayı arta bilər. Belə ki, qəza zamanı qayıqda 70-dən çox miqrantın olduğu bildirilir.

Son məlumata görə, miqrantların əksəriyyəti xilas olunsa da, itkin düşənlər də var.

Hadisə Malta yaxınlığında baş verib. Toqquşmadan sonra qayıq aşıb və batmağa başlayıb.

Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil.

Xəbər lenti

Xəbər lenti