...

Mal-qara oğurluğu edən dəstə saxlanılıb

Hadisə Materials 26 Oktyabr 2017 17:21 (UTC +04:00)
Qazaxda mal-qara oğuluğu edən dəstə saxlanılıb.
Mal-qara oğurluğu edən dəstə saxlanılıb

Bakı. Trend:

Qazaxda mal-qara oğuluğu edən dəstə saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mal-qara oğurluğu ilə məşğul olan dəstə üzvləri tutulub.

Rayonun Fərəhli kənd sakinləri Paşa və Həsən Əyyubov qardaşları RPŞ-yə müraciət edərək onlara məxsus 5 baş iribuynuzlu heyvanın oğurlandığını bildiriblər.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən şübhəlilər müəyyən edilib və saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Cəlilabad rayonunun Alar kənd sakinləri Kainat Əliyev və qardaşı Əzizin ətrafında aparılan tədbirlərlə onlara bu cinayətdə daha iki nəfərin köməklik etdiyi məlum olub. Görülmüş tədbirlərlə Fərəhli kənd sakini Tural Nəbiyev və Cəlilabad rayonunun Alar kənd sakini Gəray Eyvazov da şübhəli şəxs qismində saxlanılıblar.

Saxlanılan şəxslər oğurladıqları heyvanları rayonun mal bazarında satdıqlarını, əldə olunan gəliri isə aralarında böldüklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti