Bakı. Trend:
Filippinin cənubunda daşqınlar və sürüşmələr nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb. Daha 150 nəfər itkin düşüb.
Trend-in məlumatına görə, həlak olanların əksəriyyəti ölkənin ən böyük adası Mindanaoda yerləşən Cənubi Lanao və Şimali Zamboanga əyalətlərinin sakinləridir.
Ölkə ərazisində daşqınlara səbəb olan qasırğa ümumilikdə 270 mindən sakinə təsir edib. Filippində 44 min nəfərin yerləşdirildiyi 600-dən çox təxliyə mərkəzi açılıb.