...

Təyyarə 4 saatdan sonra geri qayıtdı - Bir səhvə görə

Hadisə Materials 27 Dekabr 2017 15:25 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın “All Nippon Airways” şirkətinə məxsus təyyarə Los-Ancelesdən Tokioya uçuş həyata keçirən zaman geri qayıtmalı olub.

Trend-in məlumatına görə, buna sərnişinlərdən birinin reysi səhv salması səbəb olub.

Qeyd olunur ki, həmin şəxsin yanlışlıqla bu təyyarəyə minməsi məlum olduqdan sonra pilot təhlükəsizlik məqsədilə təyyarəni geri qaytarmaq qərarına gəlib.

Təyyarə dörd saatdan sonra geri qayıdıb.

Qeyd edək ki, Los-Ancelesdən Tokioya uçuş müddəti 11 saat təşkil edir. Sərnişinlərin bu gün növbəti reyslə yola salınacağı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti