...

Tokioda yanğın baş verib

Hadisə Materials 31 Dekabr 2017 12:07 (UTC +04:00)
Yaponiyanın paytaxtı Tokiyoda yanğın baş verib
Tokioda yanğın baş verib

Bakı. Trend:

Yaponiyanın paytaxtı Tokioda yanğın baş verib.

Trend xəbər verir ki, hadisə bazar günü Tokionun məşhur rayonlarından olan Sibuyada 4 mərtəbəli binada qeydə alınıb.

İlkin məlumatlara əsasən, yanğın təxminən 90 kvadratmetr ərazini əhatə edib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Yanğın zamanı binada olan iki nəfər xilas olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti