...

"Apple" mağazasında telefon alışdı - Yanan və zəhərlənənlər oldu

Hadisə Materials 10 Yanvar 2018 14:29 (UTC +04:00)
İsveçrənin Sürix şəhərində “Apple” mağazasından 50-ə şəxs təxliyə olunub
"Apple" mağazasında telefon alışdı - Yanan və zəhərlənənlər oldu

Bakı. Trend:

İsveçrənin Sürix şəhərində “Apple” mağazasından 50-ə yaxın şəxs təxliyə olunub.

Trend-in məlumatına görə, buna mağazada telefonlardan birinin batareyasının alovlanması səbəb olub.

Qeyd olunur ki, mağaza əməkdaşı batareyanı telefondan çıxararkən batareya alovlanıb. Nəticədə həmin şəxs əlindən yanıq xəsarətləri alıb.

Daha 7 nəfər tüstüdən ziyan çəkdiyi üçün həkimə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti