...

Bakıda və Şəmkirdə ev yanıb

Hadisə Materials 10 Yanvar 2018 20:26 (UTC +04:00)
Bakıda və Şəmkirdə yanğın olub.
Bakıda və Şəmkirdə ev yanıb

Bakı. Trend:

Bakıda və Şəmkirdə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəmkirin Sabirkənd kəndində ümumi sahəsi 196 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 98 kv.m sahədə və evə bitişik ümumi sahəsi 84 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bakının Yasamal rayonunda da üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 110 kv.m olan 2 otaqlı mənzilin hamamının dam örtüyü 3 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti