...

İstanbulda əməliyyat - Bu dəfə 42 əcnəbi İŞİD-çi saxlanıldı

Hadisə Materials 11 Yanvar 2018 17:07 (UTC +04:00)

Bakı. Trend:

İstanbul polisi tərəfindən növbəti antiterror əməliyyatı keçirilib. Trend-in məlumatına görə, əməliyyat İstanbulun 7 rayonunda həyata keçirilib.

Əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 42 əcnəbi saxlanılıb.

Saxlananların hərbi əməliyyatlarda iştirak etdiyi ehtimal edilir.

Həmin şəxslərin vətəndaşlıqları açıqlanmır.

Xəbər lenti

Xəbər lenti