...

Dəftərxanada qaz qəzası zamanı xəsarət alan xəstəxanaya yerləşdirilib (YENİLƏNİB 2) (FOTO/VİDEO)

Cəmiyyət Materials 27 Yanvar 2018 10:59 (UTC +04:00)
Bakıda dəftərxanada qaz sızması nəticəsində qəza olub
Dəftərxanada qaz qəzası zamanı xəsarət alan xəstəxanaya yerləşdirilib (YENİLƏNİB 2) (FOTO/VİDEO)

İlk xəbər saat 08:53-də yayımlanıb

Bakı. Elçin Mehdiyev, İlhamə İsabalayeva - Trend:

Bu gün səhər saatlarında Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada baş verən qəzada yaralanan bir nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Bu barədə Trend-ə Respublika Yanıq Mərkəzindən məlumat verilib.

Mərkəzdən verilən məlumata görə, yaralı 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlunun vəziyyəti ağırdır: "Xəstənin bədəninin 90 fazi yanıq xəsarətləri var".

X X X

Saat 09:36

Səhər saatlarında Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada baş verən qəza ilə bağlı araşdırmalar yekunlaşdıqdan sonra rəsmi məlumat yayılacaq. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

X X X

Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada qaz sızması nəticəsində qəza olub.

Trend-in məlumatına görə, qəza səhər saatlarında baş verib. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları var.

Ərazidə nəzarət apara polisin sözlərinə görə, qaz sızması nəticəsində 2 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti