...

Paytaxtda uşaq bağçasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Hadisə Materials 8 Fevral 2018 09:50 (UTC +04:00)
Astanada uşaq bağçasında uşaqlarda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Paytaxtda uşaq bağçasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Bakı. Trend:

Astanada uşaq bağçasında uşaqlarda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Trend-in məlumatına görə, uşaqların kütləvi zəhərlənməsi ilə bağlı valideynlərdən şikayət daxil olub. Şikayətdən sonra işçi qrup yaradılıb, zəhərlənmə faktı araşdırılır.

İlkin ehtimala görə, həkimə müraciət edənlərin qidadan zəhərləndikləri bildirilib.

Hazırda xəstəxanada 6 uşaq və 2 tərbiyəçi-müəllimin müalicə aldığı qeyd edilir.

Daha böyük yaş qrupundan da 10 uşaqda ürək bulanma, qusma, yüksək temeperatur əlamətləri qeydə alındığı bildirilib.

Xəbər lenti

Xəbər lenti