Bakı. Trend:
Martın 5-nə keçən gecə Zərdab rayonundakı Şahmat məktəbində oğurluq hadisəsi baş verib.
Hadisə ilə bağlı DİN-dən Trend-ə verilən məlumatda bildirilir ki, şahmat məktəbinin anbarından 10 ədəd kompyuter oğurlanıb.
Məlumata görə, Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Emil Qasımov saxlanılıb.