...

İtə görə təyyarə yerə endi

Hadisə Materials 17 Mart 2018 08:40 (UTC +04:00)
ABŞ-da “United Airlines” aviaşirkətinə məxsus təyyarə planlaşdırılmamış eniş edib
İtə görə təyyarə yerə endi

Bakı. Trend:

ABŞ-da “United Airlines” aviaşirkətinə məxsus təyyarə planlaşdırılmamış eniş edib.

Trend-in məlumatına görə, buna səbəb hava gəmisinin göyərtəsində itin aşkar edilməsi olub.

Təyyarənin Nyuark-Sent-Luis marşrutu ilə hərəkət etdiyi bildirilir.

Aviaşirkətdən verilən məlumata görə, it təyyarəyə səhvən yerləşdirilib.

Sonradan o Oqayo ştatının Akron şəhərində yaşayan sahiblərinə qaytarılıb.

Təyyarənin bütün sərnişinlərinə təzminat ödəniləcəyi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti