...

Şəmkir sakinini şantaj edən şəxs saxlanıldı

Hadisə Materials 28 Mart 2018 12:45 (UTC +04:00)

Bakı. Trend:

Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Cabbarlı (kişi) naməlum şəxsin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 500 manat pul tələb etdiyini bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, faktla bağlı Şəmkir RPŞ-də cinayət işi başlanılıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən rayon sakini Anar Cabbarlı saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti