Bakı. Trend:
Mingəçevirdə kanalda 1 nəfər batıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal edilir.
Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.