...

Bakıda oğurluq və soyğunçuluqla məşğul oan keçmiş məhkumlar saxlanılıb

Hadisə Materials 7 Aprel 2018 12:59 (UTC +04:00)
Paytaxtda marketdə oğurluq olub.
Bakıda oğurluq və soyğunçuluqla məşğul oan keçmiş məhkumlar saxlanılıb

Bakı. Trend:

Paytaxtda marketdə oğurluq olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 6-da saat 3 radələrində Yasamal Rayon Mühafizə İdarəsinə ərazidəki qorunan marketlərin birindən həyəcan siqnalı daxil olub. Dərhal 2-ci Alatava yaşayış sahəsindəki həmin ünvana gələn İdarənin əməkdaşları oradan oğurluğa cəhd edən şəxsi cinayət başında yaxalayaraq 29-cu Polis Şöbəsinə təhvil veriblər.

Şöbədə aparılan araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Zeynalov olduğu müəyyən edilib.

Aprelin 6-da Yasamal rayonunun A.Şərifzadə küçəsində bir qadına qarşı zor tətbiq edərək soyğunçuluq yolu ilə mobil telefonunu almaqda şübhəli bilinən şəxs 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Pərvin Aslanov olduğu müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti