Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 09:35-də yayılıb)
Bakı. Trend:
Türkiyənin Adıyaman vilayətində baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı artıb.
Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində 39 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bəzi evlərdə çatlar və dağıntılar olub.
X X X
09:35
Səhər saatlarında Türkiyənin şərqində baş vermiş zəlzələ nəticəsində 13 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, onların vəziyyəti normal qiymətləndirilir.
Qeyd edək ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, 4,9 bal gücündə yeraltı təkanların episentri Qaziantep şəhərindən 115 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.