Bakı. Samir Əli - Trend:
Aprelin 25-də Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə rayon ərazisindəki MMC-lərin birinin qarşısında naməlum şəxsin qarət məqsədilə oranın xəzinədarı Tərxan Namazova bıçaqla xəsarətlər yetirərək cəmiyyətə məxsus 20.000 manat pulu almağa cəhd göstərməsi, lakin səs-küy yarandığından istəyinə nail ola bilməyərək aradan çıxması barədə məlumat daxil olub.
DİN-dən Trend-ə verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Turan Kubuşov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.