...

Əfqanıstanda daha bir PARTLAYIŞ - Mədrəsənin 11 tələbəsi öldü

Hadisə Materials 30 Aprel 2018 13:44 (UTC +04:00)
Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində terror aktı törədilib.
Əfqanıstanda daha bir PARTLAYIŞ - Mədrəsənin 11 tələbəsi öldü

Bakı. Trend:

Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində növbəti terror aktı törədilib.

Trend-in məlumatına görə, partlayış nəticəsində yerli mədrəsənin 11 tələbəsi həlak olub.

Qeyd olunur ki, hücumun hədəfi rumıniyalı hərbçilərdən ibarət NATO karvanı olub. 6 hərbçinin yaralandığı barədə məlumat verilib.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxt Kabildə törədilmiş ard-arda iki partlayış nəticəsində 30-a yaxın şəxs həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti