...

Bakıda mənzildə kişi meyiti tapılıb

Hadisə Materials 23 May 2018 18:21 (UTC +04:00)
Suraxanı rayonunda mənzildə 58 yaşlı kişi meyiti tapılıb.
Bakıda mənzildə kişi meyiti tapılıb

Bakı. Trend:

Suraxanı rayonunda mənzildə 58 yaşlı kişi meyiti tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açmış və orada aşkarlanan 1960-cı il təvəllüdlü Abdullayev Faiq Mustafa oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti