Bakı. Trend:
Gürcüstandan Azərbaycana qanunsuz yolla mobil telefonlar keçirilməsinin qarşısı alınıb.
DGK-dan Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21044" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı, avtomobilin gizli saxlanc yerində 5 ədəd "Samsung Galaxy Grand Prime pro 2018", 5 ədəd "Samsung Galaxy J3 2017" markalı mobil telefonlar, 60 ədəd "qulaqcıq", 50 ədəd qidalandırıcı və mobil telefon üçün 30 ədəd qutu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.