Bakı. Trend:
İlk xəbər saat 13:24-də yayımlanıb
Göldə batan Lerik sakininin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün Lənkəran çayının Lerik rayonunun Piran kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1994-cü il təvəllüdlü Həbibullayev Ramin İlqar oğlunun axtarışları başa çatıb.
R.Həbibullayevin meyiti Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
XXX
saat 13:24
Fövqəladə Hallar Nazirliyi Lerik sakininin göldə batması barədə məlumat yayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Lerik rayonunun Piran kəndi ərazisində süni göldə 1 nəfərin batdığı ehtimal olunur.
Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.