...

Yaponiyada "Simmoe" bəlası - Vulkan bir həftədə ikinci dəfə püskürdü

Hadisə Materials 27 İyun 2018 12:43 (UTC +04:00)
Simmoe vulkanı bu həftə ikinci dəfə yenə püskürüb.
Yaponiyada "Simmoe" bəlası - Vulkan bir həftədə ikinci dəfə püskürdü

Bakı. Trend:

Yaponiyanın cənub-qərbində Kirisima dağ silsiləsində Simmoe vulkanı bu həftə ikinci dəfə yenə püskürüb.

Trend-in məlumatına görə, vulkanın yenidən püskürməsi ilə bağlı xəbəri ölkənin Meteoroloji İdarəsi verib.

Qeyd olunur ki, püskürmə nəticəsində 3,3 min metr hündürlüyə kül sovrulub. Hazırda püskürmənin təhlükə törətmədiyi bildirilsə də, sakinlərə ehtiyatlı olmaq məsləhət görülür.

Xatırladaq ki, sonuncu dəfə Simmoe vulkanı iyunun 22-də püskürüb. Ümumiyyətlə isə vulkan martda aktivləşməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti