...

Pirallahıda dənizdə batan şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 27 İyun 2018 20:20 (UTC +04:00)
Pirallahıda dənizdə 40 yaşlı kişi batıb.
Pirallahıda dənizdə batan şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Bakı. Trend:

Bakı şəhəri, Pirallahı rayonunda dənizdə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dənizdə batmış 1978-ci il təvəllüdlü Liftov Aleksandr Nikolayeviçin meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

XXX

18:28

Pirallahıda dənizdə 40 yaşlı kişi batıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1978-ci il təvəllüdlü Liftov Aleksandr Nikolayeviçin Bakı şəhəri, Pirallahı rayonunda dənizdə batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti