...

Çində yağış elə yağdı, 7 nəfər boğuldu...

Hadisə Materials 4 İyul 2018 12:22 (UTC +04:00)

Bakı. Trend:

Çinin cənub-qərbindəki Sıçuan əyalətində aramsız yağan yağış və torpaq sürüşmələri insan tələfatı və dağıntılara yol açıb.

Trend-in məlumatına görə, təbii fəlakət azı yeddi nəfərin ölümünə səbəb olub. Daha yeddi nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, bölgədən 18 mindən çox sakin təxliyə olunub.

Qeyd olunur ki, Sıçuanda yağışlar ötən həftədən davam edir. Bildirilir ki, ümumilikdə təbiət hadisəsi 116 min nəfərə təsir edib.

Son hesablamalara görə, bölgəyə 24 milyon dollara yaxın ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti