...

Yasamalda maşın süpürgəçini vurub öldürdü

Hadisə Materials 31 İyul 2018 12:20 (UTC +04:00)
Yasamalda maşın süpürgəçini vurub öldürdü
Yasamalda maşın süpürgəçini vurub öldürdü

Bakı. Trend:

Yasamalda maşın süpürgəçini vurub öldürüb.

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 30-da saat 10 radələrində Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçisi Telli Babayevanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən T.Babayeva orada ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti