...

Mingəçevirdə yanğın - Bir nəfər öldü, sakinlər təxliyə edildi

Hadisə Materials 12 Sentyabr 2018 14:45 (UTC +04:00)
Mingəçevirdə 2 otaqlı ev yanıb.
Mingəçevirdə yanğın - Bir nəfər öldü, sakinlər təxliyə edildi

Bakı. Trend:

Mingəçevirdə 2 otaqlı ev yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Borisov Serqey Aleksandroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti