...

Abşeronda 10 yaşlı qohumunu zorlayan şəxsə 10 il cəza verilib

Hadisə Materials 2 Oktyabr 2018 16:42 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda 10 yaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər törətməkdə təqsirləndirilən Seyfəddin Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Abşeronda 10 yaşlı qohumunu zorlayan şəxsə 10 il cəza verilib

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda 10 yaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər törətməkdə təqsirləndirilən Seyfəddin Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Əfəndiyev 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, Seyfəddin Əfəndiyev yaşadığı Abşeron rayonu, Saray qəsəbəsindəki evinin həyətində azyaşlı qohumunu zorlayıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər törətmə) maddəsi ilə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti