...

Hövsanda qardaşını öldürən şəxs saxlanılıb

Hadisə Materials 6 Oktyabr 2018 12:33 (UTC +04:00)
Münaqişə zəminində qardaşını bıçaqla qətlə yetirməkdə şübhəli bilinən A.Kərimov saxlanılıb
Hövsanda qardaşını öldürən şəxs saxlanılıb

Bakı. Trend:

Hövsanda qardaşını öldürən şəxs saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Ağaməli Kərimov evində münaqişə zəminində qardaşı Ədili bıçaqla qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Kərimov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti