...

Qəbələdə 56 yaşlı şəkər xəstəsi küçədə yıxılıb öldü

Hadisə Materials 8 Oktyabr 2018 20:00 (UTC +04:00)
Qəbələdə orta yaşlı kişi yolda yıxılıb ölüb.
Qəbələdə 56 yaşlı şəkər xəstəsi küçədə yıxılıb öldü

Bakı. Samir Əli - Trend:

Qəbələdə orta yaşlı kişi yolda yıxılaraq ölüb.

Trend-in məlumatına görə, hadisə rayonun Zarağan kəndi ərazisində baş verib.

Kənd sakini, 1962-ci il təvəllüdlü Ağayev Zahir Bəşər oğlu kənd ərazisindən keçən yolun kənarında qəfil huşunu itirərək yıxılıb. Hadisə nəticəsində Z.Ağayevin başı yol kənarındakı səkiyə dəyib.

Z.Ağayev aldığı zədədən hadisə yerində ölüb.

Mərhumun yaxınları bildirib ki, Z.Ağayev uzun illər şəkər xəstəliyindən əziyyət çəkirmiş və tez-tez ürək getmələri olurmuş. Faktla bağlı Qəbələ rayon Prokurorluğunda araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti