...

Təbrizdə məktəbliləri aparan avtobus aşdı: 2 ölü, 40 yaralı

Hadisə Materials 10 Oktyabr 2018 17:42 (UTC +04:00)
Təbrizdə avtobusun aşması nəticəsində 2 nəfər ölüb, 40 nəfər yaralanıb.
Təbrizdə məktəbliləri aparan avtobus aşdı: 2 ölü, 40 yaralı

Bakı. Trend:

Təbrizdə avtobusun aşması nəticəsində 2 nəfər ölüb, 40 nəfər yaralanıb.

Trend-in məlumatına görə, avtobusda məktəblilər olub.

Şərqi Azərbaycan valisinin siyasi-təhlükəsizlik məsələləri üzrə müavini Rəhim Şöhrətifər deyib ki, hadisə Xavəran şəhərciyində baş verib.

Qırmızı Aypara Cəmiyyəti və yanğınsöndürmə əməkdaşları hadisə yerinə cəlb olunublar.

Yaralıların əksəriyyəti evə buraxılıb, bir nəfər əməliyyat olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti