Bakı. Trend:
Oktyabrın 3-də Yasamal rayonu ərazisindən bir nəfərin baş nahiyəsindən aldığı ağır xəsarətlə xəstəxanaya gətirilməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Şöbənin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və araşdırmalarla həmin şəxsin Xaçmaz rayon sakini Sərxan Qarbaşov olduğu məlum olub.
Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxs də müəyyən edilib.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.