...

İmişlidə qanunsuz ov edən brakonyerlər cərimələnib (FOTO)

Hadisə Materials 4 Dekabr 2018 14:47 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ov mövsümünün başlanması ilə əlaqədar respublikanın sututarlarında brakonyerliyə, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktiki tədbirləri uğurla davam etdirirlər.
İmişlidə qanunsuz ov edən brakonyerlər cərimələnib (FOTO)

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ov mövsümünün başlanması ilə əlaqədar respublikanın sututarlarında brakonyerliyə, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktiki tədbirləri uğurla davam etdirirlər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonu ərazisində keçirilən reydlər nəticəsində 3 ədəd öv tüfəngi, 38 ədəd patron və 2 ədəd “Qırmızı kitab”a düşmüş “Turac” quşu götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.

İdarə əməkdaşları tərəfindən dəniz kənarında fəaliyyət göstərən və sanitariya qaydalarına riayət etməyən, ətraflarında tullantılar olan bir neçə obyektlə bağlı da müvafiq tədbirlər görülüb.

Polis əməkdaşları tərəfindən sahilkənarı kafe və restoran sahibləri ilə ətraf mühitin qorunması, təmizliyə riayət olunması mövzusunda mütəmadi olaraq profilaktiki söhbətlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti