...

"Sahil" stansiyasında eskalatorun dayanma səbəbi məlum oldu

Hadisə Materials 4 Yanvar 2019 15:30 (UTC +04:00)
Bakı metrosunun "Sahil" stansiyasında eskalator dayanıb.
"Sahil" stansiyasında eskalatorun dayanma səbəbi məlum oldu

Bakı .Samir Əli - Trend:

Bakı metrosunun "Sahil" stansiyasında eskalator dayanıb.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, eskalatorun dayanması sərnişinin səhvi üzündən baş verib: "Sərnişinlərdən biri stansiyada yeni quraşdırılan eskalatorun təhlükəsizlik fırçaları ilə palçıqlı ayaqqabılarını silib. Nəticədə eskalator dayanıb. Dərhal digər eskalator hərəkətə salınıb".

B.Məmmədovun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, eskalator palçığa reaksiya verib və buna görə dayanıb: "Hazırda problem aradan qaldırılıb və həmin eskalator da təmizlənəndən sonra hərəkətə gətirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti