...

Dilənçilik adı ilə evdən oğurluq edənlər iş başında yaxalanıb

Hadisə Materials 5 Yanvar 2019 14:47 (UTC +04:00)
Şəkidə dilənçiliklə məşğul olan şəxslər evdən pul və qızıl oğurlayarkən saxlanılıb.
Dilənçilik adı ilə evdən oğurluq edənlər iş başında yaxalanıb

Bakı. Samir Əli - Trend:

Şəkidə dilənçiliklə məşğul olan şəxslər evdən pul və qızıl oğurlayarkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Şəki rayonu Zunud kənd sakini Arif İdrisov DİN-in "102 Zəng Mərkəzi " xidməti ilə əlaqə saxlayaraq evindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib, soyğunçuluğu törədən şəxsləri elə özü həyətdən çıxmaq istəyərkən tutub saxladığını bildirib.

Məlumat aidiyyatı üzrə Şəki ŞRPŞ-yə göndərilib və polis əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər. Aparılmış ilkin araşdırmalarla soyğunçuluğu edən şəxslərin Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Nazdı Mahmudova və Seyran Nadirova olduqları müəyyən edilib. Dilənçilik fəaliyyəti ilə məşğul olan qadınlar evə qanunsuz daxil olaraq oradan 1166 manat pulu və qızıl-zinət əşyalarını götürüb evdən çıxmaq istəyərkən ev sahibi A.İdrisov tərəfindən yaxalanıblar.

Faktla bağlı ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti