...

Şirvanda qəza - 4 nəfər xəsarət aldı, hadisə yerinə FHN cəlb olundu

Hadisə Materials 5 Mart 2019 09:51 (UTC +04:00)
Şirvan şəhərində "Mitsubishi" və “Mercedes” markalı iki minik avtomobili toqquşub.
Şirvanda qəza - 4 nəfər xəsarət aldı, hadisə yerinə FHN cəlb olundu

Trend-i buradan izləyin

Bakı. Ceyhun Ələkbərov - Trend:

Şirvan şəhərində iki avtomobilin toqquşması nəticəsində qəza baş verib.

Trend-in məlumatına göröə, hadisə bu gün səhərə yaxın Şirvan şəhərində Sabirabad dairəsi adlanan ərazidə qeydə alınıb.

"Mitsubishi" və “Mercedes” markalı iki minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

FHN-dən Trend-ə verilən məlumata görə, "Mercedes" markalı avtomobilin sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq üçün hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Sürücü xilas olunduqdan sonra digər 3 nəfərlə birlikdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, Bakı şəhər Xəzər rayon sakini, 1958-ci il təvəllüdlü Mirzəyev Novruz Mürcəfər oğlu baş təpə nayihəsinin geniş əzilmiş yarası, Sabirabad rayon sakini, 1981-ci il təvəllüdlü Quliyev Fuad Bəybala oğlu sol diz qapağının və daraq sümüyünün sınması, Bakı şəhər Xəzər rayon sakini, 1963-cü il təvəllüdlü Əliyev Yaşar Surxay oğlu döş qəfəsinin əzilməsi, alının rematoması, Bakı şəhəri Sabunçu rayon sakini 1959-cu il təvəllüdlü Əsgərov Səftər Ələsgər oğlu sol baldırının sol said sümüyünün sınması xəsarətləri ilə daxil olublar.

Hər 4 şəxsin vəziyyəti orta stabil olaraq qiymətləndirilir.

Qəzanın başvermə səbələri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti