...

Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədri azadlığa buraxıldı

Hadisə Materials 6 Mart 2019 17:30 (UTC +04:00)
Bu gün Qaradağ Rayon Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqlı, əmisi oğlu Asif Sadıqlı və "Nikoyl Bank"ın əməkdaşı olmuş Kamran Abbasovun işi üzrə proses davam etdirilib.
Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədri azadlığa buraxıldı

Bakı. Samir Əli - Trend:

Bu gün Qaradağ Rayon Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqlı, əmisi oğlu Asif Sadıqlı və "Nikoil Bank"ın keçmiş əməkdaşı Kamran Abbasovun işi üzrə proses davam etdirilib.

Trend-in məlumatına görə, hakim Fuad Huseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərin hər biri barəsində 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması hökmünün çıxarılmasını istəyib.

Hakim müşavirəyə gedib.

Müşavirədən sonra məhkəmə hökmü elan olunub.

Hökmə görə, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri 1 il 6 ay müddətinə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə əvəzlənib və onlar azadlığa buraxılıblar.

Qeyd edək ki, Ə.Sadıqlı 2018-ci ilin noyabrında həbs edilib. Ona qarşı dələduzluq və saxta sənəd hazırlayaraq ondan istifadə etmək ittihamı verilib.

İttihama əsasən, Ə.Sadıqlı yol polisinə "Nikoil Bank"dan götürülmüş kreditlə aldığı "Niva” markalı avtomobilə görə borclu qaldığı 5 100 manatın ödənməsi barədə saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti