Bakı. Trend:
Xocahəsən qəsəbəsi ərazisində piyada vurulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 4-də saat 10 radələrində Binəqədi rayonunun Xocahəsən qəsəbəsi ərazisində Siyəzən rayon sakini E.Məhərrəmov idarə etdiyi “MAN” markalı yük avtomobili ilə yolu keçən Salyan rayon sakini İlahə Quliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.