...

Ağdaşda ev əşyalarını oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 21 May 2019 12:35 (UTC +04:00)
Ağdaş rayon sakininə məxsus evdən 700 manat dəyərində ev əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.
Ağdaşda ev əşyalarını oğurlayan şəxs saxlanılıb

Bakı. Trend:

Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini bir qadın anasına məxsus evdən 700 manat dəyərində ev əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin Ağdaş şəhər sakini 38 yaşlı Əfqan Yaqublu olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti