...

Sumqayıt bulvarında Xəzərə düşən şəxs xilas edildi

Hadisə Materials 9 İyul 2019 17:27 (UTC +04:00)
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində Dənizkənarı Bulvarın ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Sumqayıt bulvarında Xəzərə düşən şəxs xilas edildi

Bakı. Trend:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində Dənizkənarı Bulvarın ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti