Bakı. Trend:
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 24-də saat 19 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Y.Məmmədov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Adilə Məlikrzayevanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.