...

Niderland Ukraynaya 250 milyon avro ayıracaq

Dünya xəbərləri Materials 1 Dekabr 2025 14:41 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Niderland Ukraynaya ABŞ-nin “Prioritized Ukraine Requirements List” (PURL) təşəbbüsü çərçivəsində hava hücumundan müdafiə vasitələri və F-16 qırıcı təyyarələri üçün sursat almaq məqsədilə 250 milyon avro ayıracaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Ruben Brekelmans “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, Ukraynaya təcili olaraq əlavə hərbi yardım lazımdır.

Bundan əvvəl İspaniyanın Ukraynaya 817 milyon avro məbləğində yardım ayıracağı xəbəri yayılmışdı.

Xatırladaq ki, noyabrın sonunda NATO-nun baş katibi Mark Rütte bəyan etmişdi ki, ABŞ silahlarının Ukrayna üçün satın alınması proqramı ( PURL ) çərçivəsində Ukrayna ilin sonunadək təxminən 5 milyard dollar dəyərində silah əldə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti