Bakı. Trend:
Böyük Britaniya Avropa İttifaqı (Aİ) ilə münasibətlərin yaxınlaşması prosesinə başlayacaq, belə ki, “Brexit” (Britaniyanın Avropa İttifaqından çıxması) krallığın iqtisadiyyatına mənfi təsir göstərib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Kir Starmer bəyan edib.
Hökumət rəhbəri Londonda Birləşmiş Krallığın mövcud iqtisadi vəziyyətinə həsr olunmuş nitqlə çıxış edib. O, çıxışında Böyük Britaniyanın “bu reallığı qəbul etməli olduğunu” vurğulayıb.
“Əlimizdə olan “Brexit” sazişi iqtisadiyyatımıza ciddi ziyan vurub. Buna görə də iqtisadi dirçəliş naminə ixtilafları azaltmalı və Aİ ilə daha sıx münasibətlər istiqamətində addımlar atmalıyıq”, - deyə Starmer bildirib.
