Bakı: Trend:
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Məktəblilərarası
Milli Hakaton – 2025” müsabiqəsinin qalibləri mükafatlandırılması
mərasimi keçirilib.
Trend xəbər verir ki, yarışa ölkənin 63 regionundan 350 mindən çox məktəbli qatılıb.
Onlardan yalnız 300 nəfər final mərhələsinə vəsiqə qazanaraq öz layihələrini təqdim etmək imkanı əldə edib.
Final mərhələsi 28–30 noyabr tarixlərində baş tutub. Bu mərhələdə komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət sahələri üzrə layihələr hazırlayaraq veb-saytlar, mobil tətbiqlər və oyunlar formasında münsiflər heyətinə təqdim ediblər. Yarışın sonunda 6 qalib komanda müəyyən olunub.
Qaliblərin mükafatlandırılması mərasimində 1-ci, 2-ci və 3-cü yerləri tutan komandalar hədiyyə və sertifikatlarla təltif olunacaq. Digər finalçı komandalar isə iştirak sertifikatları ilə mükafatlandırılıb.
Qeyd edək ki, bu müsabiqənin əsas məqsədi məktəblilər arasında proqramlaşdırma və rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, onların İT sahəsində biliklərini artırmaq və istedadlı şagirdlər üçün gələcək inkişaf imkanları yaratmaqdır.
