Bakı. Trend:
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Danimarkaya 49,7 milyon dollar dəyərində 88,2 min ton bitum süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac olunub.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.
Ötən il Azərbaycandan Danimarkaya neft ixrac olunmayıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 10,9 milyard dollardan çox dəyərdə təxminən 20,8 milyon ton xam neft və neft məhsulları ixrac edib.
2024-cü ilin eyni dövrü ilə müqayisədə, bu göstərici dəyər ifadəsində 1,9 milyard dollar (15%) azalıb, həcm baxımından isə 182,6 min ton (0,9%) artıb.
