Bakı. Trend:
İki və daha çox dildə danışmaq orqanizmin qocalma sürətini nəzərəçarpacaq dərəcədə ləngidə bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, belə qənaətə 27 Avropa ölkəsindən olan tədqiqatçılar gəliblər.
“Nature Aging” jurnalında dərc edilmiş genişmiqyaslı araşdırma 86 mindən çox insanı əhatə edib və göstərib ki, çoxdillilik sürətləndirilmiş qocalma riskini demək olar ki, iki dəfə azaldır.
Alimlər xüsusi “biodavranış yaşı” göstəricisi hazırlayıblar - bu göstəricidə ürək-damar sağlamlığını, idrak qabiliyyətlərini, təhsili, fiziki vəziyyəti və bir neçə digər amil nəzərə alınıb. Daha sonra bu göstərici iştirakçıların real yaşı ilə müqayisə olunub.
Məlum olub ki, bir neçə dil bilənlər daha gec qocalırlar: sürətləndirilmiş qocalma ehtimalı həm birdəfəlik təhlillərdə, həm də dinamik müşahidələrdə xeyli aşağı olub.
